Avqustun 3-ü Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.
Xəbəri Mərkəzi Bank yayıb.
Xəbərə görə, hərracda manatın orta çəkili məzənnəsi 1.7008 səviyyəsində formalaşıb.
Bu gün, avqustun 3-ü rəsmi məzənnəyə görə də, elə 1 dollar 1.7008 manata bərabər olub.
Bu il ümumilikdə manatın 4 faiz möhkəmləndiyi bildirilir. Hərçənd, ilin əvvəlində 1 dollar 1 manat 92 qəpiyə qədər yüksəlmişdi. Ancaq son 5 ayda bu prosesin əksi baş verib. Rəsmilər bunu manatın sabitləşməsi adlandırırlar. Ancaq bəzi ekspertlər deyirlər ki, Azərbaycanda manatın möhkəmlənməsinin ciddi əsasları yoxdur. Sadəcə məzənnə inzibati yolla formalaşır.