Ermənistanda yas mərasimində 8 nəfəri güllələyiblər

Telman Kalashian

Polis Ermənistanda yas mərasimində 4 nəfəri öldürəni axtarır.

Polis həmin şəxsin kimliyini müəyyən edib. Bu, 50 yaşlı Telman Kalashiandır. Polis onun şəklini yayıb.

İttihama görə, o, avqustun 1-də Aragatsot regionunda Şamiram kəndində yas mərasimində ov tüfəngi ilə 8 adamı yaralayıb. Onlardan 3-ü orda ölüb, biri isə xəstəxanada. Hazırda 4 adam yaralıdır.

Kalashian hadisə yerindən qaça bilib.

Erməni mediasının məlumatına görə, hadisə qəbristanlıqda olub, Şamiram kəndində isə əsasən yezidi kürdlər yaşayır.

Hadisənin motivi ehtimala görə, məişət mübahisəsidir.