"Qarabağ" tarix yazdı (video)

Qurban Qurbanov, "Qarabağ"ın baş məşqçisi

Moldovanın "Şerif" klubuna 2:1 hesabı ilə qalib gələn "Qarabağ" Azərbaycan futbolu tarixində ilk dəfə pley-off mərhələsinə yüksəlib.

İndiyədək Azərbaycanın heç bir klubu Çempionlar Liqasının pley-off mərhələsinə çıxa bilməmişdi.

Qolları Qarabağdan Dino Ndlovu və Miçel vurub.

Ndlovunun qolu:

Bu da Miçelin qolu:

Avqustun 1-də Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilirdi.

Azərbaycan çempionu “Qarabağ” Moldovada “Şerif”lə qarşılaşırdl.

Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunu

“Şerif” (Moldova) – “Qarabağ” (Azərbaycan) - 1:2
Qol: Dino Ndlovu, 45+3 (0:1), Miçel, 87 (0:2), Badibanqa, 90+4 (1:2)
İlk oyun - 0:0