Azərbaycan nefti 51 dolları keçib

Neft Daşları

Dünya birjalarında neftin qiyməti bahalaşıb.

Nyu-Yorkun NYMEX birjasında «Layt» markalı neftin bir barrelinin qiymətinin 0.47 dollar artdığı bildirilir. Verilən məlumata görə, «Layt» markalı neftin 1 barreli 44.03 dollara satılır.

Londonun ICE birjasında «Brent» markalı neftin də 0.38 dollar bahalaşdığı deyilir. Bu markalı neftin bir barreli indi 48.86 dollara bərabərdir.

AZƏRTAC xəbər verir ki, «AzəriLayt» markalı neftin bir barrelinin qiyməti isə 1.36 dollar bahalaşıb. Azərbaycan nefti 51.13 dollara satılır.

Son 6 ayda Azərbaycanda neft hasilatı azalsa da, «qara qızıl»dan gələn gəlirin artdığı bildirilir. Bu, neftin ötən illə müqayisədə qiymətinin bahalaşması ilə izah edilir.