Kabildə partlayışda ölənlər və yaralılar var

Kabildə partlayış

Hücuma görə məsuliyyəti Əfqanıstan «Taliban»ı götürüb. «Taliban» bəyanatında bildirib ki, hücum ölkənin xəfiyyə agentliyi olan Milli Təhlükəsizlik Direktorluğuna (NDS) məxsus iki avtobusu hədəfə alıb. Silahlı qruplaşma 37 əməkdaşı öldürüldüyünü iddia edib.

Kabil xəstəxanalarının direktoru Salim Rasuli azı 13 ölü və 17 yaralının indiyədək xəstəxanalara aparıldığını bildirib.

+++

Daxili İşlər Nazirliyinin sözçüsü bildirir ki, azı 24 nəfər ölüb, 42 nəfər yaralanıb. Najib Danish bunu «France-Presse» agentliyinə deyib.

+++

Əfqan rəsmilərinin verdiyi məlumata görə, Kabildə partlayışda bir neçə nəfər ölüb və yaralanıb.

İntiharçı minik maşınına qoyulmuş bomba partladıb.

İlkin məlumatlarda Səhiyyə və Daxili İşlər Nazirlikləri 12 nəfərin öldürüldüyünü, 10 nəfərin yaralandığını bildirirdi.

Bəzi mənbələr isə 8 nəfərin öldüyünü yazır.

Partlayışı törədənin də həlak olduğu xəbər verilir.

Kabil polisi partlayışın şəhərin qərb hissəsində baş verdiyini bildirir.

Hələlik, hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.