II və III ixtisas qrupu üzrə imtahan keçirilir

arxiv

İyulun 14-də ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir.

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, imtahan 11 şəhər - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 66 binada aparılır.

İmtahanda 34041 abituriyentin iştirak etməlidir. Onlardan 17888 abituriyent II qrup üzrə, 16153 abituriyent III qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 31037 nəfəri Azərbaycan bölməsinin, 3004 nəfəri isə rus bölməsinin məzunudur.

Saat 11-də başlayacaq imtahan 3 saat davam edəcək.