İyulun 13-də Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, havanın temperaturu yarımadada gecə 21-24, gündüz 29-34, Bakıda gecə22-24, gündüz 31-33 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, yağış yağacaq.
Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti olacaq.