Dövlət Miqrasiya Xidməti ölkə ərazisində qanunsuz yaşayan 9 nəfər Hindistan, 1 nəfər Banqladeş və 1 nəfər də Nigeriya vətəndaşı aşkar etdiyini bildirir.
Xəbərdə deyilir ki, bu şəxslərə qeydiyyatsız yaşadıqları “Sport Baku Hostel”in inzibatçısı Elnur Məmmədovun müvəqqəti yaşama icazəsinin alınmasına dair vədlər verdiyi və qanunsuz olaraq ölkə ərazisində qalmalarına şərait yaradıldığı məlum olub.
Eyni zamanda, adıçəkilən hosteldə saxlanılmış Banqladeş vətəndaşının ölkə ərazisindən çıxarıldığı, bilərəkdən pasport məlumatlarının dəyişdirildiyi və təkrar Azərbaycana daxil olduğu qeyd edilir.
Qurum qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirlərini davam etdiriyini bildirir.