Özbəkistan KTMT-yə qayıtmayacaq

Abdulaziz Kamilov

Özbəkistanın Rusiyanın rəhbərlik etdiyi təhlükəsizlik blokuna qayıtmaq planı yoxdur. Bunu Özbəkistanın xarici işlər naziri Abdulaziz Kamilov iyulun 5-də deyib. Bu bəyanat ölkə rəhbərliyində dəyişikliyə baxmayaraq, xarici siyasətin dəyişmədiyini göstərir.

31 milyon əhalisi olan Özbəkistanı 1989-cu ildən Islam Karimov idarə edirdi, ötən ilin sentyabrında dünyasını dəyişdi.

Daşkəndin Moskva və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətləri elə də isti deyil. 1999-2006-cı illərdə Özbəkistan quruma üzvlüyünü ertələyib və 2012-ci ildən bu təşkilatdan çıxıb.

Karimov-un xələfi Shavkat Mirziyoyev Rusiyayla strateji tərəfdaşlığın inkişafından danışır deyə, Özbəkistanın hərbi alyansa yenidən qoşula biləcəyi ehtimalları da güclənib.

Ancaq Kamilov televiziyaya müsahibəsində deyib ki, ölkənin KTMT-yə üzvlüyünün yenilənməsi məsələsi gündəmdə deyil.

Rusiya KTMT-dən, eləcə də Avrasiya İqtisadi İttifaqından yararlanaraq keçmiş sovet ölkələrində nüfuzunu gücləndirməyə çalışır.