Polşa 2022-ci ilədək ABŞ-dan “Patriot” hava hücumlarından müdafiə sistemləri alacaq.
RİA Novostinin iyulun 5-də verdiyi məlumata görə, bunu Polşanın müdafiə naziri Antoni Macerevic deyib.
Məlumata görə Polşa ilə ABŞ müvafiq sənəd imzalayıblar.
Nazirin sözlərinə görə artıq 2022-ci ildən sistemin alınmasına başlanacaq və bu kompleks “istənilən düşmənin” qarşısında Polşanın təhlükəsizliyini təmin edəcək, Rusiyanın “İsgəndər” sisteminə qarşı effektli bir sistem olacaq.
Mecerevic həmçinin deyib ki, Polşa bu yaxınlarda ABŞ-ın “Lockheed Martin” konsernindən uzaq məsafəli “Homar” raket sistemi almaq qərarına gəlib.
ABŞ-ın müdafiə nazirliyi iyunda Polşanın Redzikovo qəsəbəsindəki “Aegis Ashore” hava hücumlarından müdafiə sistemininin təkmilləşdiriləcəyini bəyan edib.
Bu baza Rusiyanın Kalininqrad vilayətinin 250 kilometrliyində yerləşir.