İyulun 4-də Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə hərrac keçirilib.
Mərkəzi Bankın məlumatına görə, hərracda manatın orta məzənnəsi 1.7022 səviyyəsində formalaşıb.
Bu günə dolların rəsmi məzənnəsi 1.7021 manat olub.
Son 3-4 ayda manatın məzənnəsi sabitdir. Bir çox ekspertlər manatın məzənnəsinin inzibati üsulla tənzimləndiyini bildirirlər.