Müdafiə Nazirliyi əsgər valideynlərinə müraciət ünvanlayıb.
Müraciətdə hərbi qulluqçuların təhlükəsizliyi naminə telefon əlaqəsi və sosial şəbəkələrdən istifadə zamanı hərbi xidmət barədə müzakirələr aparmamaq xahiş olunur.
Nazirlik həmçinin hərbi hissə, onların yerləşmə yerləri, silah-sursat, hərbi texnika haqqında və hərbi qulluqçulara dair fotoşəkilləri paylaşmamağı tövsiyə edib.