Konfederasiyalar Kubokunu Almaniya udub

Almaniya-Fransa oyunu. 2015

Konfederasiyalar Kubokunun finalında Almaniya Çilini 1-0 məğlub edərək qalib olub.

Yeganə qolu oyunun birinci hissəsində, 20-ci dəqiqədə Lars Stindl vurub.

Bu, Almaniya millisinin ilk Konfederasiyalar Kuboku çempionluğudur.

Bu il Rusiyada keçirilmiş Konfederasiyalar Kubokunda dünyanın ən öndə gedən futbol komandaları qarşılaşıb. Rusiyadan ötrü bu turnir gələn il keçiriləcək Dünya Kubokuna hazırlıq sayılırdı.