İraq ordusu Mosuldakı əl Nur məscidini ələ keçirib

Mosul uğrunda döyüş

İraq ordusu Mosul şəhərindəki dağılmış əl Nur məscidini ələ keçirib.

Bu şəhər ölkənin şimalında yerləşir.

İraq ordusunun beynəlxalq koalisiya qüvvələrinin dəstəyi ilə keçirdiyi bu əməliyyat rəmzi xarakter daşıyır.

Çünki “İslam dövləti” qrupu 3 il bundan əvvəl öz “Xəlifət” ini məhz əl Nurda bəyan edib.

İraq hakimiyyəti yaxın günlərdə Mosulun tam alınmasını gözləyir.

Köhnə şəhərin bir neçə məhəlləsində yüzlərlə yaraqlı blokadaya düşüb.

Yarqaqlılara qarşı keçirilən əməliyyatlar zamanı minlərlə Mosul sakini ölüb.

Bundan başqa 900 minə yaxın sakin şəhəri tərk edib ki, bu Mosul əhalisinin təxminən yarısı deməkdir.

Mosulun qərbi və cənubundakı xeyli ərazi hələ də “İslam dövləti” qrupunun nəzarətindədir.