Ronaldonun əkiz uşaqları doğuldu

Christiano Ronaldo

Portuqaliya millisinin forvardı Cristiano Ronaldo Rusiyada keçirilən konfederasiya kubokunu vaxtından əvvəl tərk edəcək.

Futbolçunun əkiz uşaqları doğulduğundan o, 3-cü yer uğrunda görüşdə iştirak edə bilməyəcək.

Bu barədə Ronaldonun özü Feysbuk səhifəsində yazıb.

3-cü yer uğrunda görüş iyulun 2-də keçiriləcək.

Qeyd edək ki, Portuqaliya millisi iyunun 28-də yarımfinalda Çili millisinə penaltilərdə məğlub olub.

Portuqaliya Futbol Federasiyasnın prezidenti və yığmanın baş məşqçisi Ronaldonun qərarını anlaşma ilə qarşılayıb və onun yarışdan yarımçıq ketməsinə icazə veriblər.