ABŞ Rusiyanın xarici işlər nazirliyini həddən artıq açıqlıqda günahlandırıb

Heather Nauert

ABŞ Dövlət Departamenti Rusiya xarici işlər nazirliyini həddən artıq açıqlıqda günahlandırıb.

Bunu Dövlət departamentinin sözçüsü Heather Nauert Rusiya xarici işlər naziri Sergei Lavrovla ABŞ dövlət katibi Rex Tillerson arasındakı telefon söhbətinin Rusiya xarici işlər nazirliyinin rəsmi saytında açıqlanmasına toxunarkəndeyib.

O bildirib ki, Rusiya tez-tez geniş ictimaiyyət üçün nəzərdə tutulmayan informasiyaları açıqlayır.

ABŞ-ın Suriyada mümkün kimyəvi hücuma hazırlanması barədə məlumatı olması və bu barədə Tillersonun Serqei Lavrova xəbərdarlıq etməsi ilə bağlı suala gəldikdə isəHeather Nauert deyib ki, Tillerson öz danışıqlarını açıqlamır.

“Dövlət katibi həmişə istənilən məsələ ilə bağlı ABŞ-ın mövqei barədə Rusiya tərəfinə dəqiq aydınlıq gətirir. O, diplomatik işinin böyük hissəsini qapalı formatda yerinə yetirməyə üstünlük verir və hesab edir ki, bu daha effektli formatdır ” deyə o, bildirib.

Suriyada kimyəvi silah işlədiləcəyi halda İran, Rusiya və Suriya hökumətinin cavabdehlik daşıyacağı ilə bağlı ABŞ-ın BMT-ki elçisi Nikki Haley-nin bəyanatına gəldikdə isə Heather Nauert deyib ki, 2015-ci ildə Suriya rejimi çokmək həddində olanda, məhz Rusiya vəziyyətə müdaxilə elədi.

“Rusiya Bashar Assad rejimi və Suriya qüvvələrinin güclənməsinə kömək elədi və bu, o gündən bu yana müşahidə elədiyimizölümlər, viran və məhvəsəbəb oldu”,sözçü vurğulayıb.