Haaqa məhkəməsi hökuməti 300-dək Bosniya müsəlmanının qətlində qismən təqsirli bilib

Haaqa məhkəməsi

Niderland məhkəməsi 1995-ci ildə Serebrenitsada 300-dək Bosniya müsəlmanının kütləvi qətlində hökuməti qismən təqsirli bilib.

Beləliklə Haaqadakı Apellyasiya məhkəməsi Haaqa mülki məhkəməsinin 2014-cü ildə çıxardığı qərarı təsdiqləyib.

Niderlandın BMT-nin sülhümühavizə qüvvələri tərkibindəkihərbçiləri 1995-ci ilin iyulunda digər qaçqınlarla yanaşı bazaya sığınmış 300-dək Bosniya müsəlmanını Potoçarı kəndinə köçürüb.

Nəticədə onlar Bosniyadakı serb ordusu tərəfindən küllələnib.

Müxtəlif məlumatlara görə, 1995-ci ildə Serebrenitsada 7 mindən çox müsəlman kişi və oğlan öldürülüb.

Haaqadakı beynəlxalq tribunal 2007-ci ildə bunu soyqırımı kimi tanıyıb.

Bosniya serblərinin keçmiş hərbi lideri Ratko Mladiç hazırda bu iş üzrə mühakimə olunur. 2017-ci ilin sonunadək hökm oxunacağı gözlənilir.

Serebrenitsadakı kütləvi qətllər İkinci dünya müharibəsindən sonar Avropada ən böyük hərbi cinayət hesab olunur.