Avropa Komissiyası Google şirkətini 2,42 milyard avro cərimə elədi

Foto arxiv

Avropa Komissiyası Google korporasiyasını 2,42 milyard avro məbləğində cərimə edib.

Qurum korporasiyanı axtarış sistemində hökmüranlıq vəziyətindən sui-istifadədə günahlandırır.

“Avropa Komissiyası Avropa Birliyinin antimonopoliya qanunvericiliyini pozduğuna görə, şirkəti 2,42 milyard avro cərimə edib” məlumatda bildirilir.

Avropa Komissiyası son illər korporasiyaya qarşı bir sıra iradlar irəli sürüb.

2015-ci ilin aprelində şirkəti özünün axtarış-online xidmətlərinə üstünlük verməkdə, rəqib və istifadəçilərin hüquqlarını pozmaqda günahlandırıb.

2016-cı ilin aprelində isə Avropa Komisiyası bəyan edib ki, şirkət smartfon istehsalçılarından Android əməliyyat sisteminə, özünün Brauzer, Chrome və Google Search əlavələrini yükləmələrini tələb edib.