İstanbulda gey-paradın qarşısı alınıb

İstanbulda gey-paradın dağıdılması. 2016

İstanbulda polis yasaqlanmış gey-paradın keçirilməsinə imkan verməyib.

İllik LGBT paradının təşkilatçıları mərkəzdəki Taksim meydanında yürüş edəcəklərini bildirirdilər. Ancaq İstanbul valisi təhlükəsizlik səbəblərini əsas gətirərək buna qadağa qoymuşdu.

Polis fəalların İstiklal prospektinə girməsini əngəlləyib.

Kiçik qruplar kənar küçələrə toplaşıblar. Bəzilərini polis təqib edib.

Polis qrupu dağıtmaq üçün rezin güllələrdən istifadə edib, bir neçə nəfər, fəallar saxlanıb.

İstanbulda 2015-ci ilədək, 10 ildən çox müddət ərzində gey-paradlar keçirilib. Həmin il polis yürüşçüləri gözyaşardıcı qaz və su şırnaqlarıyla dağıdıb.

2014-cü ildə yürüşə 100 min nəfər qatılmışdı və müsəlman dünyasında ən böyük LGBT paradlarından biri sayılırdı.

Türkiyədə homoseksuallıq yasaqlanmayıb, ancaq geylərə diskriminasiya iddiaları var.