Samvel Babayana qarşı ittiham dəyişdirilib

Samvel Babayan

Qondarma Dağlıq Qarabağ rejiminin keçmiş müdafiə naziri Samvel Babayanın işiylə bağlı istintaq yekunlaşıb.

O, ölkəyə qanunsuz “İqla” raketi keçirməkdə ittiham olunurdu.

Azadlıq Radiosu Ermənistan xidmətinin iyunun 20-də Babayanın vəkili Avetis Kalaşyana istinadla yaydığı məlumata görə, Samvel Babayana qarşı ittiham dəyişdirilib.

İndi o, qanunsuz silah dövriyyəsi və pulyuma əməliyyatında ittiham olunur.

Yəni ona qarşı silah qaçaqçılığı ittihamı götürülüb.

Xatırladaq ki, Samvel Babayan müxalifətdə olan “Ohanyan-Raffi-Oskanyan” blokunun tərəfdarıdır.

O, martın 22-də saxlanıb və məhkəmə 2 gündən sonra barəsində 2 aylıq həbsqətimkan tədbiri seçib.

Mayın sonunda isə həbs müddəti daha 2 ay uzadılıb.

Babayan ittihamları rədd edir.