Nümayəndələr palatası Rusiyaya sanksiyalarla bağlı qanun layihəsinin müzakirəsini ləngidir

ABŞ Konqresi

ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyalarla bağlı qanun layihəsini beynəlxalq əlaqələr komitənin müzakirəsinə göndərib.

Bu cür addım Demokrat partiyası üzvlərinin tənqidi ilə qarşılanıb.

Onların fikrincə qanun layihəsinin qəbulunun ləngidilməsi, prezident Trump tərəfdarlarının Rusiyaya qarşı təzyiqləri zəiflətməsinə səbəb ola bilər.

Qeyd edək ki, Senat ötən həftə qanun layihəsini təsdiqləyib.

Sənəddə Moskvanın ABŞ-da keçirilən son prezident seçisinə mümkün müdaxiləsi və Suriyadakı roluna görə Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi nəzərdə tutulur.

Yeni sanksiyalara Rusiyanın dəmiryol və gəmicilik nəqliyyatı sahələrinə aid dövlət şirkətləri düşə bilər.