'Brexit' danışıqları başlanır

David Davis

İyunun 19-da Brüsseldə Britaniyanın «Brexit» katibi və Avropa Birliyi rəsmiləri arasında danışıqlar başlanmalıdır. Böyük Britaniyanın AB-dən çıxmasının şərtlərinin müəyyənləşəcəyi gözlənir.

«Brexit» katibi David Davis danışıqlarda Britaniyanı təmsil edir. Bir il öncə – iyunun 23-də britaniyalılar AB-dən çıxmağa səs verməklə dünya şoka saldılar.

Baş nazir Theresa May mayın 30-da 50-ci Maddəni işə saldı və bununla da Britaniyanın iki il çəkəcək tərketmə prosesi başlamış oldu.

May-in partiyası iyunun 8-də parlament seçkilərində çoxluğu itirəndən sonra ona təzyiqlər artıb, hökumətin «Brexit»ə yanaşmasını yumşaltması, Avropa vahid bazarıyla daha sıx əlaqələri saxlaması, immiqrasiyaya nəzarət etməsi istənilir.

«Brexit» prosesinin Böyük Britaniyanı coğrafi baxımdan parçalayacağı gözlənir. Belə ki, Şotlandiya AB-də qalmağa səs verib. Şimali İrlandiyanı isə İrlandiya Respublikasının təmsilində AB-dən daha sərt sərhəd qaydaları ayıracaq.