Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Gəncədə partlamamış hərbi sursat (PHS) aşkarlayıb.
Bu haqda ANAMA xəbər verir.
Xəbərdə bildirilir ki, sursat Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, 8-ci küçədə həyətyanı sahədə aşkar edilib. Əməliyyat zamanı 1 ədəd FAB-50 tipli aviabomba aşkar olunub.
Aviabomba zərərsizləşdirilmək məqsədilə götürülüb və ANAMA-nın mərkəzi məhvetmə ərazisinə aparılıb.
FAB-50 tipli aviabombalar 50 kq ağırlığındadır.
FAB-50 bombasında 23 kq partlayıcı maddə, 3 500 ədəd yarımhazır 6 qramlıq qəlpə mövcuddur.
Bomba 200 metrdən 10 min metrədək atıla bilər.
Aviabomba yüksəklikdən atıldıqda 25 km, nisbətən aşağıdan atıldıqda isə 8 km uça bilir.