Kolumbiyanın xarici işlər naziri María Ángela Holguín Azərbaycanda işgüzar səfərdədir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Nazirlik bildirir ki, María Ángela Holguín-in iyunun 16-da xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulur. Görüşdə iki ölkə arasında əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi gözlənilir.
Səfər çərçivəsində kolumbiyalı nazirin regionlara da səfər edəcəyi bildirilir.
Səfərin iyunun 19-da başa çatacağı deyilir.