Rayonlarda yağış, dolu gözlənir

Yağış

İyunun 15-i Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeronda gecə 16-18, gündüz 25-30, Bakıda gecə 16-18, gündüz 27-29 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında isə şimşək çaxacağı, arabir yağış yağacağı bildirilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, dolu düşəcəyi ehtimal edilir. Gecə 14-19, gündüz 26-31, dağlarda gecə 9-14, gündüz 15-20 dərəcə isti olacaq.

Nazirlik xəbərdar edir ki, iyunun 15-dən 17-si gündüzə kimi ölkə ərazisində hava qeyri-sabit keçəcək. Şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var.