Azərbaycan Gürcüstana 3.4 mlrd. dollar yatırıb

Ş.Mustafayev

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Gakharia-nın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə bu gün, iyunun 14-i İqtisadiyyat Nazirliyi məlumat yayıb. Məlumata görə, Ş.Mustafayev deyib ki, Azərbaycanda 280-ə yaxın Gürcüstan şirkəti qeydiyyatdan keçib:

«Gürcüstanda isə 200-dən çox Azərbaycan şirkəti qeydə alınıb. Gürcüstan Azərbaycan iqtisadiyyatına 72 mln. dollar, Azərbaycan isə Gürcüstan iqtisadiyyatına 3.4 mlrd. dollar investisiya yatırılıb. Bu ölkəyə yatırılan investisiyaların həcminə görə Azərbaycan bir neçə ildir ki, birinci yerdədir».

Tərəflər iki ölkə arasında enerji, turizm, kənd təsərrüfatı və İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) sahələrində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.