'Son zəng'dir

«Son zəng». 2016

Bu gün, iyunun 14-ü Azərbaycanda 2016-2017-ci dərs ilinin başa çatması və XI sinif şagirdlərinin buraxılışı ilə bağlı bütün ümumtəhsil müəssisələrində «Son zəng»dir.

Bu il ölkənin ümumtəhsil məktəblərində XI sinifləri 84 min şagirdin bitirdiyi bildirilir.

Təhsil naziri Mikayıl Cabbarov bir neçə gün bundan öncə «Son Zəng» tədbirləri keçirilməsi ilə bağlı əmr imzalamışdı. Həmin əmirdə «Son zəng» tədbirlərinin yalnız məktəblərin daxilində keçirilməsi uyğun sayılırdı.

Azərbaycanda tədris ili hər il sentyabrın 15-də başlayır, iyunun 14-də başa çatır.