Təyyarə terror təhlükəsinə görə Kölndə təcili eniş etdi (VİDEO)

Köln hava limanına məcburu eniş edən təyyarədən partlayıcı tapılmayıb.

Bu barədə iyunun 10-da Almaniya polisi məlumat yayıb.

“EASYJET” hava şirkətinə məxsus təyyarə Sloveniyanın paytaxtı Lyublyanadan Londona uçurmuş.

Pilot 3 sərnişinin terrorçuluqdan danışmaları barədə məlumat alıb. Britaniya vətəndaşları olan həmin şəxslər, partlayıcı və bomba kəlmələri işlədirmişlər.

Təyyarə yerə endikdən sonra onlar saxlanılıb və hazırda ifadə verirlər.

Axtarış vaxtı onların üstündə və hətta polisin təhlükəsizlik baxımından partlatdığı onlara məxsus şübhəli yükdə belə partlayıcı aşka edilməyib.