İyunun 27-dəVarşavada Azərbaycan-Polşa biznes-forumu keçiriləcək.
Bu haqda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məlumatında bildirilir.
Polşa paytaxtında keçiriləcək foruma hər iki dövlətin rəsmi şəxsləri qatılacaq.
Tədbirdə Azərbaycan və Polşa şirkətləri təmsil olunacaq.
Verilən məlumata görə, məqsəd iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən şirkətlərin əməkdaşlıq əlaqələrinin genişləndirilməsidir.