Ukrayna rəsmiləri bildirir ki, Kiyevin mərkəzində yerləşən ABŞ səfirliyi ərazisinə partlayıcı atılıb, ancaq xəsarət alan olmayıb.
Polisin iyunun 8-də bildirdiyinə görə, partlayış Şevçenkovski rayonunda yerləşən səfirlikdə gecəyarısı baş verib.
«Naməlum bir şəxs diplomatik missiyanın ərazisinə partlayıcı atıb», – rəsmi açıqlamada deyilir və cinayət işi açıldığı bildirilir.
Hələlik, ABŞ səfirliyindən məsələyə münasibət açıqlanmayıb.