Müdafiə naziri hava qüvvələrinə baxış keçirib

Müdafiə naziri Zakir Həsənov

Müdafiə naziri Zakir Həsənov iyunun 7-də Hərbi Hava Qüvvələrinin Təlim Mərkəzlərindən birində olub.

Bu haqda nazirliyin mətbuat xidməti xəbər verir.

Xəbərdə nazirin pilot və texniki heyətlə görüşdüyü, təlim mərkəzindəki mütəxəssislərin hazırlığı ilə maraqlandığı bildirilir.

Buna da bax:​ Azərbaycanla Türkiyə hərbi təlimlərə başlayıb- VİDEO

Nazir və digər rəhbər şəxslər həmçinin, aerodrom-texniki avadanlıqlara, trenajor və simulyasiya siniflərinə baxış da keçirib.

Nazir Hərbi Hava Qüvvələrinin komandanlığına təlim-məşq hazırlığının müasir avadanlıqların tətbiqi ilə keçirilməsi və heyətlərin uçuş təcrübəsinin artırılması ilə bağlı tapşırıqlar verib.