Dağlıq rayonlarında yağış gözlənir

Yağış

Mayın 30-u Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeronda gecə 15-18, gündüz 24-29, Bakıda gecə 15-17, gündüz 26-28 dərəcə isti olacaq.

Ölkənin rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi bildirilir. Ancaq gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal edilir. Gecə 14-19, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti təxmin edilir.