Müdafiə nazirlərinin Gürcüstan görüşü

Z.Həsənov

Gürcüstanda səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənov mayın 22-də bu ölkədən olan həmkarı Levan Izoria ilə görüşüb.

Xəbəri Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Görüşdə iki ölkə arasında hərbi, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Regiondakı hərbi-siyasi duruma toxunan tərəflər bölgədə sabitliyin təmin olunmasının əhəmiyyətini xüsusi vurğulayıblar.

Görüşdən sonra mətbuat konfransı keçirilib.

Z.Həsənovun Gürcüstan prezidenti Giorgi Margvelashvili ilə də görüşləri planlaşdırılıb. O, mayın 23-də isə Batumidə Türkiyə və Gürcüstan müdafiə nazirlərinin iştirak etdiyi üçtərəfli görüşə qatılmalıdır.

Azərbaycan müdafiə naziri mayın 21-i Gürcüstana gedib.