Ara Babloyan Ermənistan parlamentinin sədri seçildi

Ara Babloyan

Ara Babloyan Ermənistan parlamentinin sədri seçilib.

O, prezident Serzh Sarkisianın hakim “Respublika” partiyasını təmsil edir.

Mayın 18-də keçirilən gizli səsvermədə 88 deputat onun namizədliyinin lehinə, 12-si isə əleyhinə səs verib.

“ELK” blokunun namizədi Edmon Marukyan isə 12 səs yığa bilib, yəni 88 deputat onun əleyhinə səs verib.

Hakim partiyanın namizədini onunla koalisiyaya girən “Daşnaksutyun” partiyası dəstəkləyib.

Bu iki partiyanın parlamentdə 65 mandatı var.