18 may-Muzeylər günüdür

Şəkidə M.F.Axundovun ev muzeyi

Bu gün, mayın 18-i Beynəlxalq Muzeylər günüdür.

Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildən qeyd edilir.

Hazırda Azərbaycanda 200-dən çox muzey fəaliyyət göstərir. Bunlardan 14-ü incəsənət, 7-si ədəbiyyat, 12-si tarix, 68-i tarix-diyarşünaslıq, 5-i döyüş şöhrəti, 43-ü ev, 52-si isə Heydər Əliyevin adını daşıyır.

Eyni zamanda, Milli Elmlər Akademiyası sistemində, nazirlik və təşkilatların nəzdində müxtəlif profilli muzeylər fəaliyyət göstərir.

Azərbaycanda ilk muzey Bakıda 1920-ci ildə, ilk memorial muzey isə Şəkidə 1938-ci ildə yaradılıb.

Azərbaycan Milli Elmlər Akademiyası Tarix Muzeyi ötən əsrin 20-ci illərindən ziyarətçilərin ixtiyarına verilib. O, Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin mülkündə yerləşir.

Ölkə başçısı İlham Əliyev 2006-cı ildə Bakı şəhərində İstiqlal və Müasir İncəsənət Muzeyinin yaradılması haqda fərman imzalayıb.