İranın müxalifət lideri, 2011-ci ildən ev dustaqlığında olan Mir Hossein Mosavi 19 may seçkisində indiki prezident Hassan Rohani-yə səs verəcəyini bildirib. Bu haqda «Kalameh» vebsaytı yazır.
Vebsaytın mayın 16-da yazdığına görə, Mosavi təhlükəsizlik qüvvələrindən evinə mobil səsvermə qutusu gətirməyi xahiş edib.
Populyar islahatçı olan Mosavi «Yaşıllar hərəkatı»ndakı roluna görə ev dustaqlığına məhkum edilib. Həmin hərəkat 2009-cu ilin prezident seçkisindən sonra küçə nümayişləri təşkil edib.
Daha öncə iki aparıcı islahatçı siyasətçi – müxalifət lideri Mehdi Karrubi və keçmiş islahatçı prezident Mohammad Khatami də Rohani-ni dəstəkləyib.
Bu şəxslərə siyasi fəaliyyət qadağan olunsa da, Rohani-nin kampaniya tədbirlərində populyardırlar. Ötən həftəsonu keçirilən tədbirlərdə onların portretləri qaldırılıb.
Khatami isə onlayn videomüraciətdə Rohani-ni dəstəkləmişdi.