Yunanıstanda jurnalistlər və dənizçilər tətilə çıxıblar

Foto arxiv

Yunanıstanda jurnalistlər və dənizçilər ölkə boyu 48 saatlıq tətilə çıxıblar.

Bu barədə mayın 16-da RİA Novosti xəbər verir.

Bu müddət ərzində ölkədəkidövlət və özəl kütləvi informasiya vasitələri, habelə bütün limanlar işləməyəck.

Aksiyaçılar hökumətin yeni iqtisadi tədbirlər paketinə qarşı çıxacaqlar.

Hökumətin beynəlxalq krerditorlarla əldə etdiyi razılaşmada əməkhaqları,sosial təzminatlar və pensiyaların azaldılması, həmçinin 2019-cu ildən iş yerlərinin kütləvi ixtisarı və vergilərin artırılması nəzərdə tutulur.

Mayın 16-da tətilə aviadispeçerlər də qoşula bilər, onlar gün ərzində 4 saat işə çıxmamaq fikrindədirlər.