Mədədə 25 büküm heroin aşkarlandığı deyilir

Heroin

İrandan Azərbaycana gələn bir Azərbaycan vətəndaşında narkotik maddə aşkarlandığı bildirilir.

Xəbəri Dövlət Gömrük Komitəsi yayıb.

Bu gün, mayın 15-i yayılan məlumatda bildirilir ki, hadisə Astara Gömrük İdarəsində qeydə alınıb.

Məlumatda vurğulanır ki, yoxlama zamanı vətəndaşın daxili orqanında (mədəsində) 25 büküm olmaqla, ümumi çəkisi 125.573 qram narkotik vasitə - heroin aşkar edilib.

Həmin şəxsin kimliyi və deyilənlərə münasibəti açıqlanmayıb. Faktla bağlı araşdırma aparıldığı bildirilir.