Mayın 15-iBakı və Abşeron yarımadasında yağış yağacağı bildirilir.
Yarımadanın bəziyerlərindəyağıntının intensiv olacağı, şimşək çaxacağı ehtimal edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, yarımadada gecə 12-14, gündüz 18-22, Bakıda gecə 12-14, gündüz 19-21 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da şimşək çaxacağı, arabir yağış yağacağı bildirilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə 10-15, gündüz 19-24, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti olacaq.