İstanbulda Azərbaycan və Türkiyə Müdafiə Sənayesi nazirlikləri müdafiə təyinatlı məmulatların birgə istehsalına dair niyyət protokolu imzalayıblar.
Bu barədə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin bu gün, mayın 12-də yayılan məlumatında bildirilir.
Buna da bax: Müdafiə naziri Türkiyəyə gedib
Protokol Müdafiə Sənayesi Nazirliyinin Elmi Tədqiqat İnstitutu, "Optika-Mexanika", "Cihaz" istehsalat birlikləri ilə Türkiyənin "ASELSAN" və "TUSAŞ" şirkətləri arasında imzalanıb.
Sənəd İstanbulda keçirilən "İDEF-2017" XIII Beynəlxalq müdafiə sənayesi sərgisi çərçivəsində imzalanıb.
Buna da bax: Azərbaycan yeni nəsil reaktiv təyyarə alıb
Türkiyənin İstanbul şəhərində mayın 9-dan 12-nə kimi “IDEF-2017” 8-ci beynəlxalq müdafiə sənayesi sərgisi keçirilib.