İyunun 11-də Kosovoda vaxtındanəvvəl seçki keçiriləcək

Hashim Thaci

Kosovo prezidenti Hashim Taci iyunun 11-ə vaxtındanəvvəl parlament seçkiləri təyin edib.

Prezident bunu Kosovonun siyasi liderləri ilə görüşdən sonra bəyan edib.

Bu barədə mayın 11-də Reuters agentliyi məlumat yayıb.

Qeyd edək ki, Kosovo parlamenti mayın 10-da İsa Mustafanın rəhbərlik etdiyi hökumətə etimadsızlıq göstərib .

O, 3 ildən çox idi ki, baş nazir idi.

Parlamentdəki bu səsvermə baş nazir Mustafanın “Demokratik liqa” və prezident Taciçinin “Demokrat partiyası”ndan ibarət hakim koalisiyaya son qoydu.

Müxalifətin qaldırdığı Etimadsızlığı “Demokratik liqa” partiyası da dəstəkləyib.

Son vaxtlar hakim koalisiyadakı partiyalar arasında parçalanma müşahidə olunurdu.

Kosovo 2008-ci ildə Serbiyadan ayrılaraq müstəqilliyini elan edib və bugünədək 114 ölkə tərəfindən tanınıb.