Türkiyə ümid edir ki, Vaşinqton kürd qruplaşmalarını dəstəkləməyəcək

Nurettin Canikli

Türkiyə ümid edir ki, Vaşinqton Suriya kürdlərinə dəstəyi dayandıracaq.

Azadlıq Radiosunun məlumatına görə, Türkiyənin vitse-prezidenti Nurettin Canikli mayın 10-da keçirdiyi mətbuat konfransında deyib ki, Ankara Türkiyə dövlətinin gələcəyinə təhlükə olan terrorçu təşkilatın mövcudluğu ilə barışa bilməz.

Nazir müavini Vaşinqtonun “İslam dövləti” qrupuna qarşı mübarizə aparan kürd yaraqlılarını silahlandırmaq qərarını “qəbuledilməz” adlandırıb və xəbərdarlıq edib ki, bu heç kimin xeyrinə olmayacaq.

Türkiyə kürdlərin “Demokratik ittifaq” partiyasını (YPG) PKK təşkilatının qanadı hesab edir.

ABŞ prezidenti Donald Trump mayın 9-da “İslam dövləti” qrupuna qarşı münarizə aparan kürd birləşmələrinin silahlandırılması ilə bağlı qərarı təsdiqləyib.

Söhbət “İslam dövləti” qrupu yaraqlılarını Suriyanın Raqqa şəhərindən çıxarmağa çalışan kürd birləşmələrinə yardımdan gedir.

Bu şəhər islamçı yaraqlıların əsas dayaq məntəqələrindən biri sayılır.

Yerli kürd qruplaşmaları Suriya rejiminə qarşı mübarizə aparan “Suriyanın demokratik qüvvələri” birliynə daxildir.

Türkiyə Suriya münaqişəsində prezident Bashar Assad rejiminə qarşı mübarizə aparan üsyançıların tərəfini saxlayır.

Eyni zamanda bu ölkə ilə sərhəd bölgəsini “İslam dövləti” qrupu və kürd yaraqlılarından təmizləmək istəyir.