Dağlıq Qarabağda daha 3 erməni əsgəri ölüb

Xankəndi

Dağlıq Qarabağda daha 3 erməni əsgəri ölüb.

Əsgərlər Ruben Barseqyan, Rafael Bişaryan və Ruben Mnatsakanyan mayın 8-də yol qəzası nəticəsində su anbarına düşərək boğulublar.

Bu barədə Azadlıq Radiosunun Ermənistan xidməti məlumat yayıb.

Əsgərlərdən ikisinin meyiti tapılıb, birininsə axtarışı gedir.