ATƏT Belarusdakı edamı pisləyir

Michael Georg Link

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Belarusda bir nəfərin edamını pisləyib. Belarus ölüm hökmünün tətbiq olunduğu yeganə Avropa ölkəsidir.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru Michael Georg Link mayın 8-də yaydığı bəyanatda bildirib ki, ötən ay gerçəkləşdirildiyi bildirilən edam onu təlaşlandırıb.

Avropa Birliyi də ötən həftə bu hadisəni tənqid edib.

Belarusda ötən ay ölüm hökmünün yenidən tətbiqi haqda məlumatı ölkənin bir insan haqları qrupu yayıb.