Müdafiə naziri Türkiyəyə gedib

Zakir Həsənov

Azərbaycanın müdafiə naziri Zakir Həsənov bu gün, mayın 8-i Türkiyəyə gedib.

Xəbəri Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Nazirlik bildirir ki, Z.Həsənovun Türkiyə getməkdə məqsədi «IDEF – 2017» Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etməkdir.

Sərgi mayın 9-dan 12-nə kimi Türkiyənin İstanbul şəhərində keçiriləcək.