Hərracda dollar cüzi bahalaşdı

Dollar

Mayın 4-ü Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

AMB-dən yayılan məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1.7026 səviyyəsində formalaşıb.

Bu gün, mayın 4-də rəsmi məzənnəyə görə, 1 ABŞ dolları 1.7024 manat olmuşdu.

Aprelin 25-i istisna olmaqla, son aylar keçirilən hərraclarda, bir qayda olaraq, manat, əksinə, möhkəmlənirdi.