Suriyada Rusiya hərbi müşaviri öldürülüb

Rusiya ordusu Hələbdə

Rusiyanın hərbi müşaviri, polkovnik-leytenant Aleksei Buchelnkov Suriyada snayper gülləsiylə vurulub. Bu haqda Rusiya Müdafiə Nazirliyi mayın 2-də məlumat yayıb.

Buchelnkov Suriyada artilleriya heyətinə təlim keçən müşavirlər qrupunun tərkibində imiş.

«Hərbi təlim sessiyası zamanı Suriya hərbi bölməsi yaraqlılar tərəfindən snayper atəşinə tutulub və Buchelnkov ölümcül yaralanıb», – nazirlik bildirib.

O, ölümündən sonra fəxri mükafatla təltif olunub.

Son bir ayda Suriyada Rusiyanın iki hərbi müşaviri həlak olub. Aprelin 20-də nazirlik mayor Sergei Bordov-un ölümü haqda məlumat yaymışdı.