ABŞ ordusu insan beynini gücləndirməyə çalışır

Stiven Helms Tileri (Stephen Helms Tillery) insanı daha ağıllı etmək niyyətindədir – insan beynini elektrik stimulyasiya etməklə.

Arizona Dövlət Universitetinin nevroloq alimi beyin stimulyasiyası üsulunu inkişaf etdirmək üçün 4 illik qrant alıb. Maliyyə dəstəyi Ordu Qabaqcıl Müdafiə Tədqiqatları Agentliyindən (Army’s Defense Advanced Research Projects Agency - DARPA) gəlir.

Amerikan hərbçiləri əsgərlərin koqnitiv qabiliyyətlərini artırmaq məqsədilə insan beyninə yeni “daxilolma” üsullarını axtarırlar. Bundan başqa, DARPA beynin elektrik stimulyasiyasına təsir edərək onun keyfiyyətini artıran və tədris proseslərini fəallaşdıran daha səkkiz layihəni də maliyyələşdirir.

“Bəzi dəlillər var ki, eyni mexanizmlərdən istifadə etməklə insan hisslərini daha da itiləşdirmək mümkündür. Əgər siz hər hansı bir stimulyasiya verirsinizsə, məsələn, toxunuş, səs və ya qəfil güclü işıq axını kimi elektrik aktivliklər beyində ölçülə bilinir”, deyə Helms Tileri bildirib.

“Bütöv neyroplastik təlim” adı daşıyan bu proqram tədris prosesini sürətləndirən periferik sinir sisteminin istifadəsini qarşısına məqsəd qoyub. Bu prosesin aktivləşdirilməsinə “sinaptik plastiklik” üsulu – beyində tədris prosesinə cavab verən əsas elementlərdən biri ilə nail olmaq planlaşdırılır.

DARPA-da həmçinin tədris prosesi stimulyasiyası zamanı, məsələn, xarici dilləri öyrənmə prosesini sürətləndirmək, onu daha “adaptiv” etmək üçün fizioloji mexanizmlərin müəyyənləşdirilməsi üzərində işləyirlər.

Sözügedən bu proqram 4 ilə hesablanıb. DARPA mütəxəssisləri ümid edirlər ki, onun realizəsi kiçik yan effektlər daxil olmaqla, tədris prosesini ən azı 30 faiz sürətləndirəcək.