Mayın 2-si Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
AMB-dən verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1.7024 səviyyəsində formalaşıb.
Bu gün, mayın 2-si rəsmi məzənnəyə görə, 1 ABŞ dolları 1.7025 manata bərabər olmuşdu.
Aprelin 25-i istisna olunmaqla, son aylarda keçirilən hərraclarda, bir qayda olaraq, dollar manata nisbətən dəyər itirir.
Bəzi iqtisadçılar isə hesab edirlər ki, Azərbaycanda manatın möhkəmlənməsinin iqtisadi əsasları yoxdur, məzənnə inzibati yolla formalaşdırılır.