Azərbaycanla Türkiyə hərbi təlimlərə başlayıb- VİDEO

Hərbi təlimlər

Bu gün, mayın 1-də Azərbaycanla Türkiyə hərbi təlimlər başlayır.

İki ölkə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən keçirilən təlimlərin mayın 5-ə kimi davam etməsi nəzərdə tutulur.

Təlimdə məqsəd Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təcrübə mübadiləsini inkişaf etdirməkdir.

Birgə təlimlərə şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları, minaatanlar, hərbi hava qüvvələrinin döyüş və nəqliyyat helikopterləri cəlb edilib.

Birgə təlimlərdə Türkiyə tərəfinə rəhbərlik edəcək yüksəkçinli zabitlər hələ bir neçə gün öncə Azərbaycana gəliblər.